
Azərbaycan ilk 20-likdə - Azay Quliyev Prezidenti təbrik etdi
0
0
Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Dünya Bankının nüfuzlu “Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Lent.az-ın məlumatına görə, A.Quliyev Twitter hesabından bu sözləri yazıb:
“Azərbaycan növbəti uğura imza ataraq Dünya Bankının nüfuzlu “Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilib. Bu keçənilki göstəricidən 5 pillə yuxarıdır. 190 ölkə arasında ölkəmizi ən islahatçı 20 ölkə sırasına çıxaran cənab Prezidenti təbrik edirəm”.
0
0