
Trampın Ukrayna üzrə xüsusi nümayəndəsinin istefa verdiyi bildirilib
ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi cümə günü istefa verib.
APA “voiceamerica”ya istinadla xəbər verir ki, bu barədə ABŞ-ın məsələ ilə yaxından tanış olan media orqanları xəbər verib.
Bildirilib ki, Kört Volker cümə günü dövlət katibi Mayk Pompeo ilə görüşdən sonra istefa verib. Dövlət Departamenti məsələ ilə bağlı şərh verməyib.
Tramp üzərində impiçment araşdırmasına gətirib çıxaran şikayətdə Volkerin adı çəkilib. Şikayətdə deyilib ki, Volken Trampın şəxsi vəkili Cudi Culiani ilə Ukrayna rəsmiləri arasında görüşlərin təşkilinə yardım edib.
ABŞ Nümayəndələr Palatasının Demokratları Pompeonu Ukrayna ilə əlaqəli olan sənədləri təqdim etməyə çağırıb və həmçinin gələn iki həftə ərzində Dövlət Departamentinin beş rəsmisini ifadə verməyə dəvət edib.
Nümayəndələr Palatasının Xarici İşlər, Kəşfiyyat və Nəzarət komitələrinin yaydığı bəyanata əsasən, komitələr “Trampın Ukraynanı 2020-ci il seçkisinə müdaxilə etməyə çağırmaqla və Konqresin Rusiyanın təcavüzünün qarşısını almağa kömək etmək üçün ayırdığı təhlükəsizlik yardımını verməməklə milli təhlükəsizliyi nə dərəcədə təhlükə altına saldığını” araşdırdığını bildirib.
Bundan əlavə Tramp cümə günü Konqresdə ifadəsi zamanı deyib ki, Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinə sədrlik edən kaliforniyalı demokrat Adam Şiff kəşfiyyat əməkdaşının şikayətinin Konqresə təqdim edilməsinin ləngiməsi ilə bağlı ifadə zamanı onu yanlış təsvir edib.
Tramp Twitter səhifəsində yazıb ki, sanki o, telefon danışığının dəqiq stenoqramını oxuyurdu, amma danışığı pis göstərmək və məni günahkar kimi təqdim etmək üçün sözləri dəyişmişdi”,
Prezident əlavə edib ki, Adam Şiff Konqresə yalan danışıb və Amerika xalqını aldatmağa cəhd edub: “Mən onu dərhal istefa verməyə çağırıram!”
Oxşar yazılar

İran prezidenti Pezeşkian ötən ay İsrailin hava zərbəsi nəticəsində yaralanıb
13 iyul 2025 , 11:45
Ankarada yanğın: 1-i uşaq olmaqla 3 nəfər öldü, 20 nəfər zəhərləndi -FOTOLENT
13 iyul 2025 , 09:46
Kişinin mədəsindən 27 alışqan çıxardılar - FOTO
13 iyul 2025 , 02:11
İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22