Şaftalı piroqunun hazırlanması - <span style="color:red;">Usta öz sirlərini açır : <span style="color:red;"> Lent.az-ın mətbəxi
29 sentyabr 2019 14:00 (UTC +04:00)

Şaftalı piroqunun hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
 
Bu dəfə sizi sosial şəbəkədə “BİS-DUS Babayeva Babayeva” adı ilə məşhur olan səhifəyə istinadla şaftalı piroqunun resepti ilə tanış edəcəyik.
 
Tərkibi:
 
3 st un, 200 qr yağ, 1 yumurtanın sarısı, ½ st şəkər tozu, vanilin, qabartma tozu
 
Üzəri üçün şaftalı, ½ st şəkər pudrası
 
Hazırlanma qaydası:
 
Xəmiri hazırlamaq üçün unu və yağı qaba əlavə edib ovuruq. Umac düzəldib içərisinə şəkər tozunu, vanili və qabartma tozunu töküb qarışdırırıq. Sonra yumurtanın sarısını əlavə edib xəmiri hazırlayırıq. Daha sonra xəmiri 2 saat soyuducuda saxlayırıq. Sonra sobanın listinə əlavə edib, üzərinə şaftalıları düzürük və şəkər pudrasını töküb qoyuruq bişsin. Piroq hazır olduqda servis edirik.
 
Nuş olsun!

# 1069
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar