
“İnter” və “Milan” yeni stadion üçün 1,2 milyard avro xərcləyəcək
İtaliyanın “İnter” və “Milan” klublarının yeni stadionun layihələri təqdim olunub.
APA-nın məlumatına görə, “İnter” birgə hazırlanan 2 layihəni öz sosial şəbəkə səhifəsində dərc edib.
Milan şəhərinin klublarının ev matçlarını keçirəcəyi bu yeni stadion 60 min tamaşaçı tutacaq. Arenaya bitişik ərazidə turist və əyləncə mərkəzləri tikiləcək. Burada təxminən 3500 iş yeri açılacaq. Tikintiyə qoyulacaq investisiyalar 1,2 milyard avroya yaxın olacaq.
Qeyd edək ki, komandaların hazırda ev matçlarını keçirdiyi “San-Siro” stadionu 1926-cı ilin sentyabrında inşa olunub. 1979-cu ildə arena İtaliya yığmasının əfsanəsi Cüzeppe Meattsa adını daşımağa başlayıb.
Oxşar yazılar

"Real Madrid"in 18 yaşlı ulduzu evləndi
19 iyul 2025 , 02:44
Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi
18 iyul 2025 , 18:55
Lukas Vaskes İtaliyanın iki nəhəng klubunun hədəfində
18 iyul 2025 , 15:52
FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vurulub
18 iyul 2025 , 13:47
Arda Turanın ukraynalı müxbirə müsahibəsi olay oldu
18 iyul 2025 , 13:47
Rekord təklif: Vinisius ən bahalı transfer ola bilər
18 iyul 2025 , 13:04
Levandovski ən çətin göstəricidə Messiyə çatdı: çətin ki, kimsə buna nail olsun
18 iyul 2025 , 09:39
“Sabah” Avropa Liqasında mübarizəni dayandırdı
18 iyul 2025 , 00:39