
SOS: yeni təhlükəli casus proqramı yayıldı - "Dtrack"
Rusiyanın "Kasperski laboratoriyası" antivirus şirkəti "Lazarus" kiberqruplaşması tərəfindən yaradılan "Dtrack" adlı casus proqram aşkarlayıb.
Lent.az "ictnews"a istinadən xəbər verir ki, virus vasitəsilə cinayətkarlar yoluxdurulmuş qurğu üzərində nəzarəti tam ələ keçirir, faylları yükləyir və silir, basılmış klaviatura klavişlərini qeydə alır, brauzer tarixçəsini oxuyur və digər zərərli əməllər edirlər.
"Dtrack" proqramının qurbanları adətən mühafizə səviyyəsi zəif olan şirkətlər olur. Çünki onlar zəif şəbəkə təhlükəsizliyi siyasətindən və parollardan istifadə edir, trafikin monitorinqini aparmırlar.
"Dtrack" 2018-ci ildə "Kasperski laboratoriyası" ekspertləri Hindistan bankomatlarına bank kartı məlumatlarının oğurlanması məqsədilə tətbiq edilən "ATMDtrack" adlı zərərli proqram təminatı aşkarlanan zaman diqqəti cəlb etməyə başlayıb.
"Kaspersky Attribution Engine" atribut sistemi və digər alətlərin istifadə olunduğu növbəti araşdırmalar zamanı kodların ardıcıllığına görə "ATMDtrack" proqramına bənzər, lakin bankomatlara qarşı yönəlməyən və casus proqramlar kimi işləyən 180-dən çox yeni zərərli virus nümunəsi aşkarlanıb.
Şirkət nümayəndələrinin sözlərinə görə, "Lazarus" kiberqruplaşmasının əsas fəaliyyət növünü kibercasusluq, eləcə də bilavasitə pulların oğurlanmasına yönələn hücumların həyata keçirilməsi təşkil edir.
Oxşar yazılar

Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18