

Kabel TV-dən bu kanallar çıxarılacaq... YENİ QURUM
Azərbaycanın kabel şəbəkə yayımındakı mövcud durum və bu sahədəki problemlərlə bağlı Milli Televiziya və Radio Şurasında (MTRŞ) müzakirələr aparılıb.
Beləliklə, kabel televiziyalarının nümayəndələri problemlərin aradan qaldırılmasında səylərin birləşdirilməsi, operatorlar arasında qarşılıqlı faydalı əlaqələr baxımından kabel yayımçılarının ümumi maraqlarını qoruyan ictimai bir qurumun yaradılmasını təklif ediblər.
Bununla bağlı Lent.az-a açıqlama verən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, istənilən bir sahə üzrə özünü idarəedən qurumların yaradılması müsbət addımdır:

“Yaradılan qurum kabel operatorları arasında tənzimlənməni, qayda-qanunu müəyyən edə bilməz. Sadəcə, qurum bu sektorda olan nöqsanları bildirə, çıxış yollarını göstərə bilər. İctimai qurumun inkişafa kömək edəcək təkliflərini MTRŞ-ə və ya hökumətə təqdim etməsi də mümkündür”.
O.Gündüz qeyd edib ki, əslində yeni qurumu formalaşdırmaqdansa, MTRŞ və kabel operatorlarının özləri problemlərin həllinə çalışa bilərlər:
“Bu sahədə problemlər çoxdur. İstər yayımın keyfiyyəti, istər bəzi xarici kanalların retranslyasiyası zamanı ölkə maraqlarına, istərsə də uşaqlar üçün uyğun olmayan verilişlərin verilməsi problemlərin bir hissəsidir.
Bundan başqa, kabel operatorları həm də teleradio ilə bərabər internet siqnalı da ötürürlər. Onların internetləri ilə də bağlı problemlər var. Bununla bağlı demək olar hər gün məlumatlar alıram. Onların internet xidmətləri yarıtmaz vəziyyətdədir və normal xidmət göstərə bilmirlər.
Operatorların iddiaları isə ondan ibarətdir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeraltı rabitə xətlərinə və kabel kanalizasiya qurğularından istifadə üçün onlara bərabər əsaslı istifadəyə imkan vermirlər. Yəni, nazirlik deyir ki, rabitə quyuları mənə məxsusdur. Operatorlar da bu səbəbdən binaların üzərindən xəttlər çəkirlər və bu keyfiyyətli olmur. Düşünürəm ki, kabel şəbəkələri ilə bağlı mövcud problemləri ilk növbədə MTRŞ ilə nazirlik həll etməlidir”.
Oxşar yazılar

Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
3 iyul 2025 , 15:50
Bütün avadanlıqlar söndürülüb, amma SAYĞACINIZ FIRLANIR – Azərbaycanda hara şikayət edilməli?
3 iyul 2025 , 15:33
Təkcə qarpız deyil: Yayda orqanizmi nəmləndirən bu 5 meyvəni tanıyın
3 iyul 2025 , 14:33
Rusiyada “az” domenli saytlara giriş məhdudlaşdırıldı
3 iyul 2025 , 13:52
Hədiyyə verilən əmlak boşananda bölünür? - CAVAB
3 iyul 2025 , 12:48
Sabah bu yerlərə leysan yağacaq - Hava PROQNOZU
3 iyul 2025 , 12:33
Bu rayonlara yağış yağır - FAKTİKİ HAVA
3 iyul 2025 , 12:04
Azərbaycanda bu qədər rusdilli məktəbə ehtiyac var? - TƏHLİL
3 iyul 2025 , 10:55