392
12:49
25 Sentyabr 2019

Rumıniyada təhsil alacaq şəxslərin adları TƏSDİQLƏNDİ

Rumıniyanın Milli Təhsil Nazirliyi ilə Azərbaycanın Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair bağlanan müqavilə əsasında, 2019-2020-ci tədris ili üzrə Rumıniya ali təhsil müəssisələrində təhsil üçün keçirilən müsabiqənin nəticələri elan edilib.

Təhsil Nazirliyindən Lent.az -a bildirilib ki, nəticələrə görə, 2 Azərbaycan vətəndaşının namizədliyi müsbət qiymətləndirilib.

Qalib namizədlər Rumıniyanın “University Oil Gas Ploiesti” və “University of Bucharest” ali təhsil müəssisəsilərində magistratura səviyyəsində mühəndislik və humanitar ixtisas istiqamətləri üzrə təhsil alacaqlar.

Qeyd edək ki, təqaüd proqramının tələblərinə uyğun olaraq, tələbələr 1 il ödənişsiz rumın dili hazırlığına cəlb olunacaqlar. Bununla yanaşı, onların təhsil haqqı, yataqxana xərci, aylıq təqaüd və tibbi sığorta xərclərini Rumıniya, yol xərci isə Azərbaycanın Təhsil Nazirliyi qarşılayacaq.