
Bu yollar rənglənəcək - DİQQƏT
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə axşam saatlarınadək Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində, Bakı-Sumqayıt yolu, Xırdalan dairəsindən "Vaz" dairəsinə kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi aparılacaq.
Bu barədə Lent.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, rənglənmə işləri gecə saatlarından səhərə qədər Nərimanov rayonu, Atatürk prospektində də aparılacaq.
Bu səbəbdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Oxşar yazılar

Artıq bu həftə: Parlaq romantik dövr yaşayacaq 3 BÜRC
2 iyul 2025 , 18:44
Sabahın tibbi-meteoroloji PROQNOZU
2 iyul 2025 , 18:17
Azərbaycanda şəxsiyyət vəsiqələrinin forması dəyişir
2 iyul 2025 , 17:40Azərbaycanda saxta dərmanlar harada və necə satılır? - ARAŞDIRMA
2 iyul 2025 , 17:18
Dünya xəritəsində YENİ OKEAN: Yeri qlobal qəyişikliklər gözləyir
2 iyul 2025 , 16:33
Bakıda qəzalı binalarla bağlı komissiya yaradıldı
2 iyul 2025 , 16:04
Azərbaycanda tur adı ilə yayda istirahət etmək istəyənləri necə aldadırlar? - ARAŞDIRMA
2 iyul 2025 , 16:04
Sabah iki rayonun qazı kəsiləcək
2 iyul 2025 , 15:50