346
13:22
24 Sentyabr 2019

“Beşiktaş”ın prezidenti postundan getdi

Türkiyənin “Beşiktaş” klubunun prezidenti Fikrət Orman istefa verib.
APA -nın məlumatına görə, bunu mətbuata 52 yaşlı funksionerin özü açıqlayıb.
O bildirib ki, 2012-ci ildən başçılıq etdiyi “Beşiktaş”dakı fəaliyyətini başa vurub. F. Orman bunu komandada yenə qana ehtiyac olması ilə əlaqələndirib.
Bununla bağlı sabah komandada fövqəladə iclas keçiriləcək.