<span style="color:red;">"Paltarımızı alır, evin kommunalını ödəyir"  - Elnarənin qayınatası, qayınanası
24 sentyabr 2019 12:19 (UTC +04:00)

"Paltarımızı alır, evin kommunalını ödəyir" - Elnarənin qayınatası, qayınanası

Əməkdar artist Elnarə Abdullayeva “Hər şey daxil” verilişində qonaq olub.

Lent.az-ın məlumatına görə, canlı efirdə xanəndənin qayınatası İnqilab Fərəcov və qayınanası Nina xanım gəlinləri barədə danışıblar.

Qayınata bildirib ki, Elnarəni ilk elçiliklərində oğluna verməyiblər: “Birinci dəfə qohumlarımı göndərdim ki, qızı istəyirik. Vermədilər. Amma 2-ci dəfə “Hə”sini aldıq, 3-cü dəfə gedişimizdə isə nişanladıq. Atası Şamaxıda toy etdi, sonra biz etdik. Elnarə mənim qulluğumda yaxşı durur. Mənim 2 qızım var idi, Elnarə gəldi, oldu 3 qızım.  Ondan çox razıyam. Hara gedirsə, mənim üçün paltar alır, həkimə aparır, evin kommunal xərclərini ödəyir”.

Qayınana da gəlini barədə danışıb: “Digər 2 gəlinim qohum, Elnarə isə yad qızıdır idi. Mənim 2-ci kürəkənim tarzən Mehman Mikayılovdur. O, bizə gələndə Elnarə də onunla gəlirdi. Elə bizə gələndə gözüm onu tutdu, kürəkənimə dedim ki, bunu oğluma götürəcəm. Gəlin kimi lap ürəyim istəyən kimi qulluğumuzda durub. Amma özünün kefi necə istədisə, elə də oldu. Ondan çox razıyam. Qurban olaram ona. Allah onu bizə möcüzə göndərib”.

Onların bu sözlərindən sonra E.Abdullayeva göz yaşlarını saxlaya bilməyib: “Allaha and olsun bu insanları çox istəyirəm. Onlara deyirəm ki, gəlin bizdə qalın, sizə ürəyim istədiyim kimi qulluq edim. Çünki mən öz ata və anama yaxşı qulluq edə bilməmişəm. İstərdim ki, onlara xidmət edim. Hər ikisi yaxşı insandı. Allahdan onlara ömür istəyirəm”.

 

# 27437
avatar

Yalçın UĞUR

Oxşar yazılar