7 ildir tikilən metro: açılış niyə yubanır? - <span style="color:red;">RƏSMİ CAVAB
23 sentyabr 2019 12:46 (UTC +04:00)

7 ildir tikilən metro: açılış niyə yubanır? - RƏSMİ CAVAB

Xəbər verdiyimiz kimi, bu gün Bakının Nəsimi rayonu ərazisində Ceyhun Səlimov küçəsinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsinə qədər olan (Papanin hospitalı) və yeni metro stansiyasının tikintisi ilə əlaqədar olaraq 7 ildir bağlı olan hissəsində avtomobil nəqliyyatı vasitələrinin hərəkəti bərpa olunub.
 
Yeni metro tikintisi ilə bağlı Lent.az-ın suallarını cavablayan "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, sözügedən ərazidə tikinti işləri öz qaydası ilə davam edir:
 
 
“Stansiyada tikinti işlərinin əsas mərhələsi yekunlaşıb, qarşıdakı müddətdə qalan işlərin yekunlaşdırılması, müvafiq infrastrukturun qurulması işləri aparılacaq”.
 
B.Məmmədov tikintinin ləngiməsinə səbəblərdən də söz açıb:
 
“Sadəcə olaraq sözügedən ərazidə görüləcək işlər tək stansiya ilə bağlı deyil. Yəni, o stansiya istifadəyə veriləndən sonra “Xocəsən” deposunun bir hissəsi də istifadəyə verilməlidir. Buna səbəb isə stansiyanın arxasında dönmə kamerasının olması və qatarların dövrə vuraraq geri qayıtmalı olduqlarıdır. Bu fərqli xətlərin qrafikinin təşkilinə səbəb olacaq. Bunun üçün də mütləq şəkildə “Xocəsən” deposunun ilkin minimal tələblərini ödəyən hissəsi təhvil verilməlidir”.
 
Metro sözçüsü əlavə edib ki, təbii, texniki və digər məsələlər ortaya çıxmasa, gələn ilin axırlarına qədər yeni metro stansiyası açılacaq. 
 
Qeyd edək ki, Tbilisi prospektində və Ceyhun Səlimov küçəsi ilə kəsişən digər küçələrdə xüsusən günün pik saatlarında yaşanan sıxlığın aradan qaldırılması məqsədi ilə qısa müddətlik təmir-tikinti işləri həyata keçirilib.
 
İlkin mərhələdə sözügedən ərazidə yeni metro stansiyasının tikintisi tam olaraq yekunlaşmadığı üçün 4 hərəkət zolaqlı olan küçənin yalnız bir istiqaməti üzrə 2 hərəkət zolağı bərpa olunaraq sürücülərin istifadəsinə verilib. Yeni stansiyanın tikintisi yekunlaşdıqdan sonra isə digər istiqamət üzrə küçənin qalan hissəsinin də bərpası işləri həyata keçiriləcək.
# 14310
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar