Axtarışda olan 24 nəfər saxlanıldı
23 sentyabr 2019 10:24 (UTC +04:00)

Axtarışda olan 24 nəfər saxlanıldı

Sentyabr ayının 21-dən 23-dək daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.    
   
DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları 2 gün ərzində törədilən 51 cinayətin üstü “isti izlər”lə açıb.  
Əvvəlki dövrlərdən bağlı qalan 26 cinayətin açılması təmin olunub.    
 
Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb. 
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanılıb.
 
# 501
avatar

Oxşar yazılar