
Müəllimlərin işə qəbulu üzrə ikinci tur başlayıb
Bu gün 2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə ikinci tur başlayıb.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, namizədlər 22 sentyabr saat 23:59-dək miq.edu.az saytına daxil olaraq turda iştirak edə bilərlər.
Bu prosesdə builki müsabiqədə vakant yer tutmayan, 2018 və ya 2019-cu il üzrə işə qəbul imtahanı nəticəsi olan şəxslərin iştirak hüququ var. Müəllimlərin işə qəbulu üzrə builki müsabiqəyə qatılan namizədlər şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Ötənilki müsabiqəyə qatılan, lakin builki müsabiqədə elektron sənəd qəbulu zamanı iştirak etməyən namizədlər yenidən qeydiyyatdan keçdikdən sonra vakant yer seçərək ərizələrini təsdiqləməlidirlər.
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı namizədlər dörd vakant yer seçə bilərlər.
Qeyd edək ki, yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində ibtidai sinif müəllimliyi üzrə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.
Oxşar yazılar

Rusiyada qətlə yetirilən azərbaycanlı qardaşlar Ağcabədidə dəfn edildi -FOTOLENT -VİDEO
1 iyul 2025 , 10:43Güclü yağış və külək - GÜNÜN HAVASI
1 iyul 2025 , 10:20
İnsanların 50 faizi xəbər oxumaq istəmir - MARAQLI STATİSTİKA
1 iyul 2025 , 09:47
Dövlətimiz böyük qətiyyət göstərdi, cənazələr vətənə gətirildi - JURNALİST
1 iyul 2025 , 09:38
İyul 4 BÜRC üçün yeni başlanğıc olacaq: Bütün çətinlikləri geridə qoyacaqlar
1 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
1 iyul 2025 , 08:20
Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07