Bakıda gənc oğlanı avtomobil vurub, vəziyyəti ağırdı
21 sentyabr 2019 01:50 (UTC +04:00)

Bakıda gənc oğlanı avtomobil vurub, vəziyyəti ağırdı

 
 
Xəzər rayonunda 23 yaşlı oğlanı minik avtomobili vurub.
 
APA xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib.
 
Belə ki, 23 yaşlı Nicat Həşimli yüksək sürət həddi olan magistral şosseyə çıxıb. Bu vaxt onu “Mercedes” markalı avtomobil vurub.
 
Hadisəni törədən sürücü yaralını 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirib. Həkimlərin verdiyi məlumata görə, yaralının vəziyyəti ağırdır.
# 688
avatar

Oxşar yazılar