1585
13:20
19 Sentyabr 2019

Dölün 3 ayına kimi bunları qəti etməyin! - Həkimdən çağırış

Qadınlar hər zaman gözəl görünməyə, baxımlı olmağa çalışırlar. Buna görə də, kosmetik vasitələrdən, saç boyalarından və digər vasitələrdən istifadə edilir. Bəzi xanımlar hətta hamiləlik dövründə də baxımlı görünmək üçün boyalardan istifadə edirlər.

Bəs ana olmağa hazırlaşan xanımlara boya istifadə etmək məsləhətdirmi?

Mövzu ilə bağlı Lent.az -a danışan ginekoloq Kəmalə Rüstəmova bildirib ki, istifadə edilən kosmetik vasitələrin təbii olması nəzərə alınmalıdır:

“Dölün 3 ayına qədər boyalardan istifadə etmək məsləhət deyil. Hamiləliyin ilk 3 ayı ən təhlükəli və məsuliyyətli müddətdir. Hamiləliyin 12 həftəsinə qədər saç boyası, şellak istifadə etmək olmaz. 12 həftədən sonra isə tərkibində kimyəvi maddə olmayan təbii saç boyalarından istifadə etmək məqsədə uyğundur. Kosmetikaya gəldikdə isə həmin məhsullarında tərkibi təbii olmalıdır. Kimyəvi tərkibli boyalardan uzaq olmaq lazımdır ki, uşaq üçün hər hansı bir təhlükə yaranmasın”.