Ayağı kəsilən Xalq artistimiz canlı efirdə: "Hərəkət edə bilmirəm"  <span style="color:red;">
19 sentyabr 2019 12:09 (UTC +04:00)

Ayağı kəsilən Xalq artistimiz canlı efirdə: "Hərəkət edə bilmirəm"

Bir neçə ildir yataq xəstəsi olan xalq artisti Ramiz Əzizbəylinin səhhətindən xəbər var. Lent.az-ın məlumatına görə, “Hər şey daxil “verilişinin canlı yayımına qatılan xalq artisti səhhəti barədə danışıb: “Yataqdayam, hərəkət edə bilmirəm. 9-cu aydır. Ayağım kəsilib. Məni göstərmək lazım deyil. Hərəkətsizəm, məni yedizdirirlər. Allah Xədicə qızımdan razı olsun ki, mənə baxır.  Səhəri normal açmışam. Heç yatmışam ki... Hər gün mannı-kaşa yeyirəm. Amma normalda nə versələr yeyirəm. Ən böyük arzum çox yaşamaqdır. Hələ yaşamaq istəyirəm”.

 

R.Əzizbəyli bildirib ki, bu yaxınlarda yeni evinə köçəcək: “Allah Mehriban xanım Əliyevadan razı olsun. Evimi təmir elətdirir. Ölməsəm, sağ qalsam, o evə köçəcəm”.

 

Qeyd edək ki, R.Əzizbəyli bir neçə ildir iflic, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir. Eyni zamanda qanqrenadan əziyyət çəkən xalq artistinin ayağı barmaq hissədən amputasiya olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3766

Oxşar yazılar