Zərif ABŞ sanksiyalarının genişləndirilməsini "iqtisadi terror" adlandırdı
19 sentyabr 2019 07:12 (UTC +04:00)

Zərif ABŞ sanksiyalarının genişləndirilməsini "iqtisadi terror" adlandırdı

0
 
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampın Tehrana qarşı sanksiyalarını ölkənin adi vətəndaşlarına qarşı genişləndirilməsi kimi qiymətləndirərək bu qərarı "iqtisadi terror" adlandırıb.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, o, bu barədə öz "Twitter" səhifəsində yazıb.
 
Zərif əlavə edib ki, bu addım ABŞ-ın adi vətəndaşları qəsdən hədəfə almasının bir etirafıdır. 
 
Qeyd edək ki, ötən gün Tramp ölkənin maliyyə nazirinə İran dövlətinə qarşı sanksiyaları əhəmiyyətli dərəcədə genişləndirməyə göstəriş verib.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 734

Oxşar yazılar