Sosial müdafiə ilə bağlı ŞAD XƏBƏR!
18 sentyabr 2019 16:25 (UTC +04:00)

Sosial müdafiə ilə bağlı ŞAD XƏBƏR!

 
 
Azərbaycanda gələn ildən sosial müdafiə məqsədlərinə ayrılan vəsaitin həcminin 10 faiz artırılacağı ehtimal olunur.
 
APA-nın məlumatına görə,  bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitənin sədri Hadi Rəcəbli bildirib.
 
H.Rəcəbli deyib ki, Azərbaycanın dövlət büdcəsi sosialyönümlüdür:  “Sosial xərclər üçün hər il əhəmiyyətli dərəcədə vəsait ayrılır.  Biz bunu lazımınca təbliğ edə bilmirik.  Ona görə də bəzi hallarda neqativ fikirlər yayılır. Bəzi hallarda bu istiqamətdə çıxışlarımız təhrif edilir. Buna yol vermək olmaz”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1093

Oxşar yazılar