

Aşura günü qanında virus tapılanlarla bağlı QƏRAR VERİLDİ
Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günündə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə 5 809 nəfər könüllü qan verib. Bu şəxslərdən 2 614.1 litr qan tədarük olunub.
4 infeksiyaya görə Mərkəzi Qan Bankında aparılan müayinələr zamanı cəmi 169 nəfərdə virus aşkar olunub. HİV1/2 (QİÇS) virusu aşkarlanmayıb, 44 nəfərdə HbsAg (Hepatit B, 76 nəfərdə HCV (Hepatit C), 49 nəfərdə isə sifilis aşkar olunub. Virus aşkar olunan nümunələr istifadədən kənarlaşdırılıb və müvafiq qaydalara uyğun zərərsizləşdirilib.
Mövzu ilə əlaqədar Lent.az-a açıqlama verən Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib ki, virus aşkar olunmayan qanlar artıq istifadəyə verilib:

“Tədarük olunan qanlar yoxlanıldıqdan və nəticələr bilinəndən dərhal sonra istifadəyə verilib.
Qanında virus aşkarlanan 169 nəfərə isə artıq məlumat verilib. Qeyd edim ki, bu məlumat ancaq şəxsin özünə verilə bilər. Növbəti mərhələdə həmin şəxslərin qanında aşkarlanan viruslarla bağlı təkrar müayinələr aparılacaq”.
Oxşar yazılar

Artıq bu həftə: Parlaq romantik dövr yaşayacaq 3 BÜRC
2 iyul 2025 , 18:44
Sabahın tibbi-meteoroloji PROQNOZU
2 iyul 2025 , 18:17
Azərbaycanda şəxsiyyət vəsiqələrinin forması dəyişir
2 iyul 2025 , 17:40Azərbaycanda saxta dərmanlar harada və necə satılır? - ARAŞDIRMA
2 iyul 2025 , 17:18
Dünya xəritəsində YENİ OKEAN: Yeri qlobal qəyişikliklər gözləyir
2 iyul 2025 , 16:33
Bakıda qəzalı binalarla bağlı komissiya yaradıldı
2 iyul 2025 , 16:04
Azərbaycanda tur adı ilə yayda istirahət etmək istəyənləri necə aldadırlar? - ARAŞDIRMA
2 iyul 2025 , 16:04
Sabah iki rayonun qazı kəsiləcək
2 iyul 2025 , 15:50