
74 min pulu mənimsəyən mühasibə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Vahid Məcid Ehtiram oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Vahid Məcid işlədiyi "Baku Trans" MMC-nin 74 min manatın pulunu mənimsəməkdə təqsirli bilinir. Belə ki, o, mühasib işlədiyi şirkətdə bilet satışında gələn gəliri mənimsəyərək ölkədən qaçıb. Onun barəsində beynəlxalq axtarış elan edilib və Moskvada saxlanılaraq Azərbaycana təhvil verilib.
Oxşar yazılar
Bakıda QƏZA: Xəsarət alan var
19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi
18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını vurub öldürdü
18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü
18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı
18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR
18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu
18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü
18 iyul 2025 , 19:15