D vitamini çatışmazlığı bu ağrılara səbəb olur -<span style="color:red;"> AÇIQLAMA
17 sentyabr 2019 19:53 (UTC +04:00)

D vitamini çatışmazlığı bu ağrılara səbəb olur - AÇIQLAMA

Türkiyə həkimlərinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, D vitamini çatışmazlığı ilə əzələ və oynaq ağrıları arasında yaxın əlaqə var.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  doktor Məhərrəm Çidəm aparılan araşdırmalar nəticəsində oynaq və əzələ ağrılarından əziyyət çəkən insanların 74 faizində  D vitamini çatışmazlığının görüldüyünü açıqlayıb.

Bu vitaminin ən önəmli mənbəyinin  Günəş olduğunu deyən doktor insanların qapalı yerlərdə-ticarət mərkəzləri, əyləncə məkanları və evdə çox zaman keçirmələri səbəbindən günəşdən gələn D vitaminini qəbul edə bilmədiklərini deyib: "Bağlı məkanlarda olan, işləyən insanlar D vitamini şatışmazlığına görə risk daşıyır".

Bundan başqa, vitaminin çatışmazlığının halsızlıq, yorğunluq, depressiyaya meyillik, təzyiq, ürək, şəkər və başqa bir çox xəstəliklərin yaranmasında da rolu var.

Həkim bildirib ki, Günəş işığından baqşa bir sıra qidalar - yağlı balıq,  yumurtanın sarısı, dana qara ciyəri,  kərə yağı da D vitaminini yaradır.

 

 

 

 

# 1723
avatar

Aygün İbrahimli

Oxşar yazılar