
İnterpol xətti ilə tutulan şəxsə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Əli Hüseynlinin cinayət işi üzrə məhkəmə başa çatıb.
APA-nın məlumatına görə, İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ə. Hüseynli 5 il 5 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Şirvan şəhər sakini, 23 yaşlı Əli Hüseynli 39 yaşlı "qanuni oğru", cinayətkar aləmdə "Rafet Əlibayramlinski" ləqəbi ilə məşhur olan Əmirov Rafet Əlirza oğlunun qardaşı Rüfət Əmirovun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstənin üzvü olub.
Əli Hüseynli 2017-ci ildən axtarışda olub. O, bu ilin əvvəlində İnterpol xətti ilə tutularaq Azərbaycana gətirilib.
Ə.Hüseynli Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) və 221.3-cü (odlu silahdan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham edilib.
Oxşar yazılar

Yekaterinburqda saxlanılan azərbaycanlılara qarşı ittiham irəli sürüldü
2 iyul 2025 , 17:27
Tiktoker “Roşka”nın məhkəməsi başlayır
2 iyul 2025 , 16:45
“Bir balıq tuta bilmədin” deyib döydü, dənizə atdı
2 iyul 2025 , 16:18
Şabranda dağ yanır
2 iyul 2025 , 16:14
Tağı İbrahimovun mebel sexindəki dəhşətli yanğınla bağlı məhkəmədə zərərçəkənlər ifadə verdi
2 iyul 2025 , 16:09
Sankt-Peterburqda azərbaycanlı iş adamı saxlanıldı -VİDEO
2 iyul 2025 , 15:53
Səfərov qardaşları posttravmatik şokdan vəfat edib - Müstəntiq -YENİLƏNİB
2 iyul 2025 , 10:57
Yekaterinburqda daha bir azərbaycanlının həbs müddəti uzadıldı
2 iyul 2025 , 10:53