“Qızların Liderlik Akademiyası” adlı layihə həyata keçirildi – <span style="color:red;">FOTO
16 sentyabr 2019 17:07 (UTC +04:00)

“Qızların Liderlik Akademiyası” adlı layihə həyata keçirildi – FOTO

Sentyabrın 13-15-də Bakı şəhərində respublikanın dörd bir yanından seçilən, gələcəkdə lider olmağa namizəd 50 gənc qızın iştirakı ilə “Qızların Liderlik Akademiyası” adlı layihə həyata keçirilib.
 
Layihənin rəhbəri, eyni zamanda Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədr müavini Zərxanım Ağayeva Lent.az-a bildirib ki, qızların liderliyini inkişaf edilməsi yönündə yalnız qızlardan ibarət olan liderlik akademiyası Azərbaycanda ilk dəfə olaraq keçirilir və əsas məqsəd gələcəkdə öz biznesini qurmaq arzusunda olan, istər dövlət sektorunda istərsə də özəl sektorda uğur qazanmaq istəyən gənc qızlara dəstək olmaq və onlarda yeni fikirlərin formalaşması üçün professionallar tərəfindən təlimlərin keçirilməsidir.
 
Layihə müddətində bir çox dövlət xadimləri, şəxsi biznes sahibləri olan və sosial aktiv xanımlar tərəfindən gənc qızlara müxtəlif yönümlü təlimlər keçirildi.
 
3 gün davam edən düşərgə tipli layihədə gənc qızlar liderlik mövzusunda yeni biliklərə yiyələndilər və gələcək karyeraları üçün əvəzsiz təcrübə qazandılar.
 
 
 
# 858
avatar

Oxşar yazılar