
Şəkər xəstəliyinin YENİ SƏBƏBİ
Şəkərli diabetin daha bir səbəbi aşkarlanıb.
e-tibb.az xarici mediaya istinadən xəbər verir ki, yeni araşdırmalara görə, insulin disbalansı diabetin yeganə səbəbi deyil. Alimlərə görə, qaraciyərdə olan problemlər də diabetə gətirib çıxara bilər. İsveçrədə aparılan yeni tədqiqatın nəticələri göstərir ki, kök insanlarda diabetin yaranma səbəbi qaraciyərdə yağın toplanmasından birbaşa asılıdır.
"Bizim gəldiyimiz nəticələr göstərir ki, indiyə kimi məlum olan insulin disbalansından başqa, qaraciyər yağlanması da ikinci tip diabetin inkişafına kömək edir", deyə müəlliflər bildirib.
Alimlər eksperimenti davam etdirməyi və heyvanlarda xəstəliyin inkişafını modelləşdirməyi planlaşdırırlar.
Qeyd edək ki, qanda şəkər səviyyəsi əsasən iki hormonla tənzimlənir. Bu, qanda qlükozanın səviyyəsini azaldan-insulin, onu artıran-glukagondur. Onların təsiri altında, qaraciyər qlükozanın səviyyəsini - istehsal və yenidən bölüşdürməklə tənzimləyir.
Oxşar yazılar

Sumqayıtda güllələnmə hadisəsi: bir nəfər öldü
13 iyul 2025 , 11:50
Qazaxda əkin sahəsində FACİƏ: traktorda kişi meyiti tapıldı
13 iyul 2025 , 11:34
Ölkədən qaçmaq üçün qayınanası ilə evləndi
13 iyul 2025 , 11:28
Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU - YENİLƏNİB
13 iyul 2025 , 08:08Bu gün 34 mindən çox abituriyent imtahan verəcək
13 iyul 2025 , 06:05
Sumqayıtda dəniz sahilində TƏHLÜKƏLİ ANLAR: arvadına maşın verdi, polis hər ikisini saxladı-VİDEO
13 iyul 2025 , 00:28
Daşkəsəndə 23 yaşlı gənc sirkə turşusundan zəhərləndi
13 iyul 2025 , 00:12
Xaçmazda "Range Rover" çaya aşdı
12 iyul 2025 , 23:01