
Arvadını baltalayan kişinin işi MƏHKƏMƏDƏ
Gəncə Ağır Cinayətlər Məhkəməsində arvadını balta ilə qətlə yetirməkdə təqsirləndirilən Elçin Qurbanov və onunla birgə həbs edilən Sadiq Hümbətovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı sentayabrın 17-ə təyin edilib.
Qeyd edək ki, bu ilin mart ayında Bərdə rayonu, Kətəlparaq kəndində İmişli rayon sakini E.Qurbanov balta ilə həyat yoldaşı Nəbat Qurbanovanı qətlə yetirib. O, sonra qayınanası Rahilə Qarayevaya da balta ilə ağır xəsarət yetirib.
Bununla kifayətlənməyən şəxs evə od vuraraq 6 yaşlı övladını da götürərək gedib. Yaralı qadın Bərdə rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. E. Qurbanov saxlanılıb. İstintaqın gedişində Sadiq Hümbətov də cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Oxşar yazılar

Bakıda qəbiristanlıqda narkotik satan şaxlanıldı - VİDEO
4 iyul 2025 , 16:59
Gəncədə evdə partlayış, yaralanan var
4 iyul 2025 , 16:23
Ermənistan ordusunun Kəlbəcərin işğalı zamanı mülki əhalini atəşə tutması ilə bağlı ifadələr dinlənilib
4 iyul 2025 , 14:17
Bakıda adam öldürənlər HAKİM QARŞISINDA
4 iyul 2025 , 13:29
Şəkidə 53 yaşlı kişinin meyiti tapıldı
4 iyul 2025 , 09:53
İnterpol Elçin Təhməzovu Bosniyada tutdu
4 iyul 2025 , 09:31
20-ci mərtəbədən yıxılan iki yaşlı uşaq sağ qaldı
4 iyul 2025 , 06:17
Motosiklet iki piyadanı vurdu - Vəziyyətləri ağırdır
3 iyul 2025 , 22:01