1305
19:55
13 Sentyabr 2019

“Vəhşi Roza” karyerasını başa vurdu

Azərbaycan tamaşaçısına “Vəhşi Roza” və “Varlılar da ağlayır” adlı məşhur Braziliya teleseriallarından tanış olan Veronika Kastro sənətdən gedib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa bu barədə özünün sosial şəbəkədəki hesabında məlumat yayıb. Aktrisa yaradıcılıq karyerasına son qoymağını ətrafdakı aqressiyalardan və pisliklərdən tükənməsi ilə əsaslandırıb. Deyib ki, öz dünyamla baş-başa yaşamaq istəyirəm. Hazırda onun 66 yaşı var.