Sentyabrın 8-də keçirilən imtahanların nəticələri açıqlandı
12 sentyabr 2019 13:02 (UTC +04:00)

Sentyabrın 8-də keçirilən imtahanların nəticələri açıqlandı

Sentyabrın 8-də ümumi orta təhsil bazasında buraxılış imtahanının I mərhələsi və tam orta təhsil bazasında buraxılış imtahanı verən şagirdlərin nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) Lent.az-a verilən məlumata görə, imtahanda iştirak edən şagirdlər mərkəzin internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, həmçinin cavab vərəqələrinin qrafik təsviri ilə tanış ola bilərlər.

Qeyd edək ki, DİM 2019-cu il sentybarın 8-də Bakı və Gəncə şəhərlərində bu ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahanlar keçirib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 698

Oxşar yazılar