
Keçmiş məhkum külli miqdarda narkotiklə tutuldu
Qusar rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba rayon regional qrupundan Lent.az-a verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısında şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər üç dəfə məhkumluq həyatı yaşamış 57 yaşlı Azər Məmmədkərimov Qusar rayonu Avaranqışlaq kənd ərazisində saxlanılıb.
Rayon Polis Şöbəsində hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən şəxsi axtarış zamanı ondan 29 ədəd kağız bükümlərdə narkotik maddə olan heroin, 8 ədəd kağız bükümlərdə güclü təsiredici psixotrop maddə olan metamfetamin, eləcə də iki ədəd metadon həbləri aşkar olunaraq götürülüb.
İlkin dindirilmə A.Məmmədkərimov narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Mehman Nəbiyev
Oxşar yazılar

Şəmkirdə ağır qəza- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 11:53
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54
Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54
Zaqatalada minik maşınları TOQQUŞDU: Ər-arvad öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:19
Cadugərlikdə təqsirləndirilən 6 nəfər öldürüldü: İkisi diri-diri yandırıldı
5 iyul 2025 , 19:40
Beyləqanda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapıldı
5 iyul 2025 , 17:52
Bütün qadınlar üçün DƏRS: Ata üç aylıq oğlunu bir vedrə yuyucu tozda boğdu
5 iyul 2025 , 17:17