
Qarayaraya yoluxanlarla bağlı baş həkimdən AÇIQLAMA
Xəbər verdiyimiz kimi, sentyabrın 9-da Sabirabad rayonu Qaragüney və Həşimxanlı kənd sakinləri Muradov Yunis Möhübbət oğlu və İsgəndərov Rəvan Ülvi oğlu rayon Mərkəzi Xəstəxanasına gətiriliblər. Həkimlər onlara qarayara diaqnozu qoyublar.
Lent.az-a açıqlama verən Sabirabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi Yusif Quliyev deyib ki, hazırda onların vəziyyəti qənaətbəxşdir:
“Əvvəllər qarayara ilə bağlı təcrübəmiz yox idi, ancaq 2-3 xəstəmiz olub deyə həkimimiz onları yüksək səviyyədə müalicə edir. Onlar 3-4 günə evə yola salınacaq”.
Qeyd edək ki, qaraya xəstəliyi ehtimalı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərindən ibarət araşdırma qrupu yaradılıb və hadisənin baş verdiyi əraziyə ezam olunub. Hazırda araşdırma gedir.
Onu da qeyd edək ki, bu il iyul ayının 25-də Sabirabadda iki nəfər qarayaraya yoluxub. Onlardan biri iyulun 29-da dünyasını dəyişib.
Oxşar yazılar

Artıq bu həftə: Parlaq romantik dövr yaşayacaq 3 BÜRC
2 iyul 2025 , 18:44
Sabahın tibbi-meteoroloji PROQNOZU
2 iyul 2025 , 18:17
Azərbaycanda şəxsiyyət vəsiqələrinin forması dəyişir
2 iyul 2025 , 17:40Azərbaycanda saxta dərmanlar harada və necə satılır? - ARAŞDIRMA
2 iyul 2025 , 17:18
Dünya xəritəsində YENİ OKEAN: Yeri qlobal qəyişikliklər gözləyir
2 iyul 2025 , 16:33
Bakıda qəzalı binalarla bağlı komissiya yaradıldı
2 iyul 2025 , 16:04
Azərbaycanda tur adı ilə yayda istirahət etmək istəyənləri necə aldadırlar? - ARAŞDIRMA
2 iyul 2025 , 16:04
Sabah iki rayonun qazı kəsiləcək
2 iyul 2025 , 15:50