Sumqayıtda soyğunçu yeniyetmə qızın telefonunu və pulunu aparıb
12 sentyabr 2019 06:19 (UTC +04:00)

Sumqayıtda soyğunçu yeniyetmə qızın telefonunu və pulunu aparıb

 

Sumqayıtda yeniyetmə qıza qarşı soyğunçuluq edilib.

APA xəbər verir ki, hadisə şəhərin 30-cu məhəlləsi ərazisində baş verib.

Belə ki, naməlum şəxs 2002-ci il təvəllüdlü Ellada Cəfərovaya qarşı zor tətbiq edib və onun mobil telefonunu, 200 manat pulunu alaraq qaçıb.

Faktla əlaqədar polisə məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 670

Oxşar yazılar