5 nəfərin ölümünə səbəb olan sürücünün cəzası AÇIQLANDI
11 sentyabr 2019 19:17 (UTC +04:00)

5 nəfərin ölümünə səbəb olan sürücünün cəzası AÇIQLANDI

Bakı Ağır Cinayətlər Məhkəməsində beş nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İlham Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 
 
APA-nın məlumatına  görə, hakim Əliövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən İ. Həsənov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, hadisə bu il mayın 10-da Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. 42 yaşlı Həsənov İlham Yelmar oğlunun idarə etdiyi "İVEKO" markalı 99-LN-431 dövlət nömrə nişanlı yük avtomobili ilə 50 yaşlı Qasımov İlham Məmmədtağı oğlunun idarə etdiyi “Mercedes” markalı 10-RP-097 dövlət nömrə nişanlı avtomobil toqquşub. “Mercedes” markalı avtomobilin dərəyə aşması nəticəsində sürücü və avtomobildə olan sərnişinlər 45 yaşlı Saleh Musayev, 52 yaşlı Məhəbbət Musayeva, 46 yaşlı Amil Məmmədov və 32 yaşlı Vidadi Nuriyevin hadisə yerində ölmələri, yük avtomobilinin sürücüsünün isə hadisə yerindən qaçması faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
 
Aparılan istintaqla hadisənin İlham Həsənov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
 
İstintaq-əməliyyat tədbirləri nəticəsində İ.Həsənov mayın 11-də tutularaq istintaqa cəlb edilib.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 700

Oxşar yazılar