
Allahşükür Paşazadə: "Bu, şəriətin və dinin istəyidir"
"Azərbaycanda Aşura günü ənənəsi illər keçməsinə baxmayaraq hələ də yaşadılır. Ancaq əvvəllər baş verən zəncirvurma, başyarma, qançıxarma halları bəyənilmirdi".
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. Şeyxülislam bildirib ki, bunların əvəzinə qanvermə aksiyasının keçirilməsi ilə bağlı qərara verilib: “Qanvermə aksiyasında öz qanımızı verməklə xəstə insanlara kömək edirik. Bu, şəriətin və dinin istəyidir".
Şeyxülislam qeyd edib ki, hazırda Azərbaycanın bir çox məscidlərində də qanvermə aksiyası keçirilir: "Sevindirici haldır ki, Azərbaycandan sonra qonşu ölkə olan İran və Türkiyədə də bu ənənə geniş vüsət alıb. Hesab edirəm ki, bu, savab işdir. Vətən uğrunda şəhid olan bütün şəhidlərimizə də başsağlığı diləyirəm".
Oxşar yazılar

Artıq bu həftə: Parlaq romantik dövr yaşayacaq 3 BÜRC
2 iyul 2025 , 18:44
Sabahın tibbi-meteoroloji PROQNOZU
2 iyul 2025 , 18:17
Azərbaycanda şəxsiyyət vəsiqələrinin forması dəyişir
2 iyul 2025 , 17:40Azərbaycanda saxta dərmanlar harada və necə satılır? - ARAŞDIRMA
2 iyul 2025 , 17:18
Dünya xəritəsində YENİ OKEAN: Yeri qlobal qəyişikliklər gözləyir
2 iyul 2025 , 16:33
Bakıda qəzalı binalarla bağlı komissiya yaradıldı
2 iyul 2025 , 16:04
Azərbaycanda tur adı ilə yayda istirahət etmək istəyənləri necə aldadırlar? - ARAŞDIRMA
2 iyul 2025 , 16:04
Sabah iki rayonun qazı kəsiləcək
2 iyul 2025 , 15:50