

Kirayə mənzil bazarında son durum: BAHALAŞMA VƏ DƏYİŞİKLİK
“Şəhər üzrə mənzilin orta qiyməti 5.75 % artaraq, 842 manatdan artaraq 891 manata yüksəlib”.
Bu sözləri Lent.az-a açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov deyib. O bildirib ki, kirayə mənzil bazarında bahalaşma yeni dərs ilinin başlaması ilə əlaqədardır:

“Ümumiyyətlə, ən çox artım birotaqlı mənzillərdə qeydə alınıb. Belə ki, qiymət 427 manatdan artaraq (10.4 faiz) 470 manat olub. İkiotaqlı evlərdə qiymət 615 manatdan artaraq (2.79 faiz) 632 manata yüksəlib. Üçotaqlılarda isə qiymət artımı 6.65 % olub”.
N.İbrahimov əlavə edib ki, bahalı evlərdə isə 3.78 % azalma qeyd olunub:
“Orta mənzil qiymətlərində 3.05 %, ucuz evlərdə isə 12.56 % artım olub. İlin əvvəli ilə müqayisədə ümumi portfeldə yeni tikililərin payı 66 %-dən artaraq 72.5 % olub. Bu rəqəm əhəmiyyətli dərəcədə artıb, köhnə tikililərdə isə bu azalıb. İndi daha çox yeni tikili binalardakı evlərin sahibləri mənzillərini kirayə verməyə maraq göstərirlər. Elə buna görə də orta ev qiymətlərində artım çox olub”.
Oxşar yazılar
Azərbaycanda saxta dərmanlar harada və necə satılır? - ARAŞDIRMA
2 iyul 2025 , 17:18
Dünya xəritəsində YENİ OKEAN: Yeri qlobal qəyişikliklər gözləyir
2 iyul 2025 , 16:33
Bakıda qəzalı binalarla bağlı komissiya yaradıldı
2 iyul 2025 , 16:04
Azərbaycanda tur adı ilə yayda istirahət etmək istəyənləri necə aldadırlar? - ARAŞDIRMA
2 iyul 2025 , 16:04
Sabah iki rayonun qazı kəsiləcək
2 iyul 2025 , 15:50
Sabah çimərliklərdə hava küləkli olacaq - XƏBƏRDARLIQ
2 iyul 2025 , 14:19
Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
2 iyul 2025 , 14:04
“Polis Günü” ilə bağlı təntənəli tədbir keçirildi -FOTOLENT -VİDEO
2 iyul 2025 , 12:54