<span style="color:red;">DİQQƏT:  Bu ərazilərdə qaz olmayacaq
09 sentyabr 2019 11:13 (UTC +04:00)

DİQQƏT: Bu ərazilərdə qaz olmayacaq

Bu gün səhər saat 09:00-dan Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində bir qrup istehlakçının qaz təchizatı dayandırılıb.
 
Bu barədə Lent.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, bu müddət ərzində qaz xəttinin mənbəyə birləşdirilməsi işləri icra olunacaq.
 
Saat 10:00-dan orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində, təmir bərpa işlərinin yerinə yetirilməsi ilə əlaqədar isə saat 10:00-dan 16:00-dək Qazax rayonunun bir neçə yaşayış sahəsində qaz təchizatı dayandırılacaq.
 
Saat 10:00-dan etibarən işlər başa çatanadək Qaz İxrac İdarəsi də təmir işləri həyata keçirdiyindən Xətai rayonunun bir neçə prospekt və küçələrində qaz fasilələrlə veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 834

Oxşar yazılar