Elektrik qatarında yoxa çıxan qız 20 il sonra tapıldı – VİDEO
08 sentyabr 2019 16:29 (UTC +04:00)

Elektrik qatarında yoxa çıxan qız 20 il sonra tapıldı – VİDEO

Belarus sakini Yuliya Qorina 1999-cu il oktyabrın 1-də Minsk-Osipoviçi elektrik qatarında yoxa çıxıb. 
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, o, 20 il sonra Rusiyada tapılıb. Atası anası ilə bir neçə gün uşağı tapmaq ümidi ilə stansiya ərazisini gəziblər: küçə ticarətçilərindən soruşublar, fotosunu yapışdırıblar, sərnişinlərlə söhbət ediblər, sonra milisə müraciət ediblər. Axtarışlara hüquq-mühafizə orqanları, ictimaiyyət, kütləvi informasiya vasitələri cəlb olunub, ancaq heç bir nəticəsi olmayıb. 
Onu 1999-cu ildə Ryazanda dəmir yolu vağzalında tapıblar. Yuliya əvvəlcə internatda böyüyüb, sonra övladlığa götürülüb. Onun ailəsi ilə qovuşmasına 24 yaşlı gənc yardım edib. Qızın söylədiklərinə və “qız Yulya”, “dörd yaş”, “uşaq itib”açar sözlərdən istifadə edib və Yuliyanın Belarusda itkin düşməsi ilə bağlı informasiyaya rast gəlib. 
O, İnternetdə oxşar süjetli tarix tapıb, “Orşanka” qəzetində isə onun yoxa çıxması ilə bağlı yazını oxuyub. Təkcə atasının adı yox, hətta alnındakı çapıq da üst-üstə düşüb. 
“20 il ərzində ümidimizi itirməmişdik, axtarırdıq, inanırdıq – nəhayət, tapdıq, - Yuliyanın bioloji valideynləri söyləyiblər. 
Qız özü isə onu dünyaya gətirənlərə və böyüdənlərə təşəkkür edib. 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13835
avatar

Oxşar yazılar