<span style="color:red;">Sürücülərin NƏZƏRİNƏ : bu yollardan keçməyin
08 sentyabr 2019 15:57 (UTC +04:00)

Sürücülərin NƏZƏRİNƏ: bu yollardan keçməyin

Sabah səhər saatlarından etibarən Xətai rayonu, “NZS” qəsəbəsində 2 km uzunluğa malik Süleyman Əhmədov və Oqtay Vəliyev küçələrində təmir işlərinin aparılmasına start veriləcək.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Lent.az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq həmin küçələrdə hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.
 
Bu səbəbdən sürücülərdən sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ küçələrdən istifadə etmələri tövsiyə olunur.
 
Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 652

Oxşar yazılar