
Məşhur müğənniyə AĞIR İTTİHAM - Məhkəməyə verildi
Türk müğənni Emre Qaya anlaşma ilə prodüserdən aldığı 70 min lirəni (təxminən 20.5 min manat) geri qaytarmadığı üçün məhkəməyə verildi.
Lent.az Türkiyə mətbuatına istinadən bildirir ki, prodüser Həsən Özdəmir, ötən günlərdə müğənni Emre Qayanın meneceri ilə görüşərək, onun səhnə prodüseri olmasını təklif etdi. İstanbulda görüşüb il boyunca veriləcək konsertlərin səhnə təşkilatçılığı ilə bağlı müzakirə apardılar. Prodüser Özdəmir, görüşdən sonra müğənnini meneceri Gizəm Sazçıya 30 min lirə (təxminən 8.8 min manat) verib və razılaşmanın özünə göndərilməsini istəyib. İddialara görə, menecer Sazçı, prodüser Özdəmirə saysız-hesabsız bəhanələrlə razılaşmanı göndərməyib.
Ortadan yoxa çıxdılar
Türkiyənin “Sabah” qəzetinin yaydığı məlumata görə, bundan sonra prodüser Özdəmir, razılaşmanı vermək üçün pulun qalan hissəsini də vermək şərti qoyan menecerə əlavə 70 minə lirə (təxminən 20.5 min manat) verib. Pulu göndərdikdən sonra müğənni və menecerlə əlaqə saxlaya bilməyən prodüser vəkili ilə birgə İstanbul İcra Hakimiyyətinə üz tutub. Prodüserin 79 min 100 lirə (təxminən 23.2 min manat) tələbindən sonra müğənni və meneceri haqqında məhkəmə icraatı başladılıb.
Mehman Nəbiyev
Oxşar yazılar

“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
2 iyul 2025 , 16:39
Bu məşhurlar Bakıya gələ bilməyəcək - Siyahı
2 iyul 2025 , 12:34
"Məndən əvvəl başqa qız olduğunu bildim" - 29 yaşlı model Yamalla münasibətindən DANIŞDI
2 iyul 2025 , 11:08
Günay İbrahimlinin daha bir SİRRİ açıldı
2 iyul 2025 , 09:35
"Məndən bir də borc istəməyin" - Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu
1 iyul 2025 , 14:54
Miri Yusifə ağır itki
1 iyul 2025 , 10:29
Maykl Ceksonla bağlı daha bir sirr açıldı
30 iyun 2025 , 14:58
Ad-soyadlarını yanlış tələffüz etdiyiniz 8 ULDUZ
30 iyun 2025 , 13:45