
Hulusi Akar: “Quru qoşunlarımız ABŞ-la müştərək fəaliyyətə başlayır”
Türkiyənin müdafiə naziri Hulusi Akar təhlükəsiz zona mövzusu ilə əlaqədar yeni açıqlama verib.
APA-nın yerli bürosunun xəbərinə görə, nazir Suriya ilə sərhəddə təhlükəsizlik məsələsində məsul olan türkiyəli hərbçilərlə toplantıda bildirib ki, sentyabrın 8-də Türkiyə Quru Qoşunlarının ABŞ-la müştərək fəaliyyətə başlaması planlaşdırılıb.
ABŞ-la birgə təhlükəsiz zonanın idarə edilməsi üçün Türkiyə ilə Suriya sərhədində yerləşən məntəqədə - Ağcaqalada Müştərək Hərəkat Mərkəzinin fəaliyyətə başladığını xatırladan nazir deyib: “Ücüncü müştərək helikopter uçuşlarını gerçəkləşdirdik.
Helikopter uçuşlarının, istehkamın təhlüksizliyi məqsədilə ərazidə görüləcək lazımi tədbirləri dəyərləndiririk. Əraziyə dair əsas anlaşma var. Bu anlaşma daxilində müəyyənləşdirilmiş fəaliyyətləri bəlli bir tempdə həyata keçirilməsini və bu məsələdə irəliləyiş olmasını arzu edirik”.
Qeyd edək ki, ABŞ-ın Xarici Əlqələr Şurasının toplantısında ABŞ-ın Baş Qərargah rəisi Jozef Danford bildirib ki, Türkiyənin Suriya sərhədi mövzusunda xeyli qayğıları var. Baş qərargah rəsi olduğu müddətdə Türkiyədə 12 dəfə olduğunu bildirən Jozef Danford terrorçularla mübarizəni nəzarətdə saxlamaq üçün 10 gün əvvəl müştərək mərkəzin qurulduğunu və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülərlə bu məsələ ilə bağlı təkrar görüşəcəyini deyib.
Oxşar yazılar

12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB
6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal
6 iyul 2025 , 16:06