331
14:10
06 Sentyabr 2019

Mərkəzi Seçki Komissiyasının sədrinə hücum edildi - Rusiyada

Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Panfilovanın Moskva ətrafındakı evinə basqın olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Hadisə gecə saatlarında baş verib.

Maskalı şəxs MSK sədrinə elektrokşokla hücum edib və hadisə yerindən uzaqlaşıb.

Quldurluq faktı üzrə cinayət işi başlanılıb, iş Rusiya DİN tərəfindən nəzarətə götürülüb.