<span style="color:red;">"Röyanın təhsili azdır"  - Amerikada yaşayan Günel
04 sentyabr 2019 17:32 (UTC +04:00)

"Röyanın təhsili azdır" - Amerikada yaşayan Günel

Amerikada yaşayan keçmiş aparıcı Günel Musəvi “Hər şey daxil” verilişinin qonağı olub.

Lent.az-ın məlumatına görə, aparıcı verilişdə televiziya simaları barədə söhbət açıb: “Mən bir sitat gətirmişdim ki, Azərbaycanda aparıcılar silikondan çox kitaba pul xərcləsinlər. Kanallara baxmağa vaxtım yoxdur. Amma sosial şəbəkədə videolar qarşıma çıxır. Deyirəm ki, insanın düşüncə səviyyəsi bu qədər aşağı olarmı? Qaşı-gözü gəşəngdir, “kukla”ya oxşayır. Ağzını açanda elə bil uşaq danışır.  İntellekt yoxdur”. 

Musəvi Əməkdar artist Röya Ayxanın təhsilinin az olduğunu da vurğulayıb: “Şou-biznesdə intelektual səviyyəsi yaxşı olan insanlar var. Məsələn, Faiq Ağayev, Murad Arif, Murad Dadaşov, Tünzalə Ağayevanı misal çəkə bilərəm. Mənə elə gəlir ki, Röya Ayxanın da intellekti yaxşıdır, amma təhsili azdır”. 

Günel Amerikadakı yaşayışı barədə də danışıb: “10 ildir Amerikada yaşayıram. Övladım burada dünyaya gəlib, indi 3 yaşı var.  Həm bizim dilimizdə, həm rus, həm də ingilis dilində danışır, başa düşür. Anam, atam, qardaşlarım da burada yaşayır”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1947

Oxşar yazılar