“Üzüyü alıb “story”yə  qoyacam, qohumlar görsün” – Univermaqdan REPORTAJ
24 aprel 2025 16:07 (UTC +04:00)

“Üzüyü alıb “story”yə qoyacam, qohumlar görsün” – Univermaqdan REPORTAJ

Qapını açan kimi bədənimi tikanlı bir işıq bürüyür – soyuq və sarımtıl. Hər tərəf vitrindir. Hər vitrinin arxasında tək bir şey yatır: parıltı.

Lent.az-ın əməkdaşının “Moskva” univermağından hazırladığı reportajı təqdim edirik: 

Burada qızıl sadəcə metal deyil – güc, status, bəzən də izaholunmaz bir ehtiyacdır.

İçəri girən insanların ilk baxışlarını izləyirəm.

Qadınlar vitrinin qarşısında dayananda sanki tənha qaldıqları bir filmdə rol alırlar – baxışlarındakı “layiqəmmi?” və barmaqlarındakı “uyğun gələcəkmi?” sualı.

Kişilər bir az geridə dayanır, daha çox müşahidə edirlər – qiymət etiketi ilə qadının baxışları arasında tərəddüddə qalırlar.

Bir satıcı yanımdan keçir. Kostyumu ütülü, gülümsəməsi isə gündəlik təcrübədən doğan mexaniki bir vərdişdir. Vitrinin arxasında parlayan bilərziklərə işarə edir:

— Bu dəst son modeldi, Dubaydan gəlib, endirim də var hal-hazırda...

Endirim – bu söz burada hər cümlənin içində var.

Amma heç nə əslində ucuz deyil. Burada hər şey bahalıdı: qızıl da, sükut da.

Baxırsan ki, qəribə bir səs-küy var, izdihamın içindən səslər gəlir, amma hamının üzünə ayrı-ayrı baxanda görürsən ki, heç kəsin dodaqları tərpənmir. Hamı sükut içərisindədi.

Yan vitrində bir cütlük var. Gəlin üzüyü seçilir. Qız üzüyə baxır, oğlan qiymətə. Aradakı sükut isə birgə həyatın ilk ciddi sınağı kimi görünür.

Satıcı bu sükutu özünün "əzbər dəftəri" içərisindəki bir cümlə ilə pozur:

— Belə şey bir dəfə olur, gərək ən yaxşısı olsun, yadigardı.

"Yadigar".

Bəlkə də bu univermaqda "satılan" tək romantik söz budur.

Bir az kənarda iki qadın danışır:

— Ay bacı, bu üzüyü alıb “story”yə qoyacam, qohumlar görsün.
— Niyə? Toyda görəcəklər də onsuz.
— Toya kimi kim ölüb, kim qala. Elə indi paylaşım, səs-küy olsun.

Univermaqda ilan yuvaları olsa, satıcıların şirin dilinə görə bir dənə ilan öz yuvasında qalmazdı:

“Bu üzük, sizə yaraşdığı qədər hələ heç kəsə yaraşmamışdı".

Uşaqlar da var. Ana bir qız uşağını dartıb vitrindən uzaqlaşdırır:

— Baxma ora, bizlik deyil.

Və beləliklə, insan hələ uşaq yaşından almağa gücünün çatmadığı şeyə baxmağın da qadağan edildiyi bir həyatın köləsinə çevrilir.

Satıcılardan biri səs-küylə bir qadına üzük təqdim edir:

— Bu modeli tək biz gətirmişik, Dubaydan gəlib, çox seçiləcək.

Sual olunur, niyə seçilmək bu qədər vacibdir?

Çünki insanın dəyəri artıq sahib olduqları ilə yox, başqalarına göstərə bildikləri ilə ölçülür.

Qızıl mağazaları, əslində, psixoloji güzgüdür. Kimisi istədiyini, kimisi ala bilmədiyini, kimisi də başqasının əldə etdiklərini izləyir. Burda pulla alınan təkcə qızıl deyil. Həm də statusdur, görüntüdür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3152

Oxşar yazılar

Bu BÜRCLƏR üçün  “ağ zolaq”   başlayır

Bu BÜRCLƏR üçün “ağ zolaq” başlayır

24 aprel 2025 , 18:33
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

24 aprel 2025 , 18:10
Aramsız yağış yağacaq,  sel təhlükəsi  də var - XƏBƏRDARLIQ

Aramsız yağış yağacaq, sel təhlükəsi də var - XƏBƏRDARLIQ

24 aprel 2025 , 16:53
200-dək taksi sürücüsü imtahandan kəsildi

200-dək taksi sürücüsü imtahandan kəsildi

24 aprel 2025 , 16:32
Ən zərərli  un növü

Ən zərərli un növü

24 aprel 2025 , 14:59
Bakıda  26 dərəcə isti   olacaq, bu ərazilərə  yağış yağacaq   - Sabahın HAVASI

Bakıda 26 dərəcə isti olacaq, bu ərazilərə yağış yağacaq - Sabahın HAVASI

24 aprel 2025 , 12:29
Ana südünün rəngi nəyi bildirir?

Ana südünün rəngi nəyi bildirir?

24 aprel 2025 , 10:56
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

24 aprel 2025 , 08:24