Qubada toy karvanında qaydaları pozan  8 nəfər saxlanıldı
14 noyabr 2025 19:49 (UTC +04:00)

Qubada toy karvanında qaydaları pozan 8 nəfər saxlanıldı

0

Qubada toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozan 8 nəfər Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə P.Babayevin barəsində 8 sutka, Ş.Vəliyevin barəsində 15 sutka həbs tədbiri seçilib.

Saxlanılan digər şəxslərin barələrində də digər inzibati tənbeh tədbirləri görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar