Sosial şəbəkədə “9990” və “7770” nömrələrindən  gələn zənglərlə bağlı araşdırma başladı
14 noyabr 2025 18:24 (UTC +04:00)

Sosial şəbəkədə “9990” və “7770” nömrələrindən gələn zənglərlə bağlı araşdırma başladı

0

Sosial şəbəkələrdə “9990” və “7770” nömrələrindən gələn zənglərlə bağlı çağırış xarakterli məlumatlar, eləcə də həmin zəngləri cavablandıran şəxslərin məlumatlarının oğurlandığı barədə iddialar yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, daxil olmuş müraciətlər üzrə aparılan ilkin araşdırmalar zamanı bank kartlarına müdaxilə, hesablardan pul vəsaitlərinin oğurlanması və ya vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsi ilə bağlı hər hansı fakt aşkarlanmayıb.

"Hazırda nazirliyin aidiyyəti baş idarəsi tərəfindən araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələrinə əsasən xüsus olacağı təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda vurğulanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 440

Oxşar yazılar