“Telegram” Fransa bazarını  tərk edə bilər
25 aprel 2025 03:47 (UTC +04:00)

“Telegram” Fransa bazarını tərk edə bilər

“Telegram” Fransa bazarını tərk edə bilər. Şifrələnmış mesajlaşma xidmətinin yaradıcısı Pavel Durov bildirib ki, onun şirkəti “arxa qapı” vasitəsilə şifrələməni, eləcə də əsas insan hüquqlarını pozmaqdansa, Fransa bazarını tərk etməyi üstün tutur.

Lent.az xəbər verir ki, “X” (keçmiş Twitter) hesabında Durov Paris polisinin rəisi Loran Nunezin hüquq-mühafizə orqanlarına şifrəli mesajlaşma xidmətlərinin məzmununa girişin verilməsi ilə bağlı müraciətinə cavab verib. Bu tələb fəaliyyətlərini planlaşdırmaq üçün “Telegram”dan istifadə etdiyi iddia edilən “Fransız Məhbusların Hüquqlarının Müdafiəsi” (DDPF) adlı qrupun Fransada son həftə ərzində həbsxanalara edilən bir neçə koordinasiyalı hücumdan sonra gəlib.

“Telegram” artıq istifadəçilərinin IP ünvanları və telefon nömrələri kimi bəzi məlumatları səlahiyyətli şəxslərə təqdim edir. Şirkət mesajların məzmununu təqdim etməkdən imtina edir. Durov üçün hüquq-mühafizə orqanlarına şifrəli mesajlaşma xidmətlərinin məzmununa “arxa qapı”dan girişin verilməsi təhlükəsizlik cəfəngiyatı olardı. O, belə bir qüsurun xarici dövlətlər və ya kibercinayətkarlar tərəfindən istifadə oluna biləcəyindən ehtiyat edərək bildirir ki, yalnız polisə “arxa qapı”dan girişə zəmanət vermək texniki cəhətdən mümkün deyil. O, həmçinin milyonlarla vətəndaşın şəxsi həyatına ciddi müdaxilə barədə xəbərdarlıq edir.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanun layihəsi kontekstində bir neçə aydır ki, Fransada şifrələnmiş mesajlara çıxış məsələsi müzakirə olunur. “Telegram”, “WhatsApp” və “Signal” kimi platformaları bu cür “arxa qapılar”ı inteqrasiya etməyə məcbur etmək məqsədi daşıyan mübahisəli düzəliş Senat tərəfindən qəbul edilsə də, Milli Assambleya tərəfindən rədd edildi. Qərar rəqəmsal azadlıq müdafiəçiləri və “Telegram” rəhbərinin özü tərəfindən müsbət qarşılanıb və o, millət vəkillərini "Fransanı dünyada öz vətəndaşlarını şəxsi həyat hüququndan məhrum edən ilk ölkə edəcək qanunu rədd etməsi" münasibətilə təbrik edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1078

Oxşar yazılar

Tramp on birinci dəfə baba oldu

Tramp on birinci dəfə baba oldu

16 may 2025 , 02:53
8 il əvvəl  itkin düşən qızın meyiti başqa ölkədə  TAPILDI

8 il əvvəl itkin düşən qızın meyiti başqa ölkədə TAPILDI

15 may 2025 , 17:28
İnternetdə daxili orqanlarını  satmaq istəyirdi, saxlanıldı

İnternetdə daxili orqanlarını satmaq istəyirdi, saxlanıldı

15 may 2025 , 14:54
Tiktoker canlı yayımda GÜLLƏLƏNDİ

Tiktoker canlı yayımda GÜLLƏLƏNDİ

15 may 2025 , 14:40
Varan yeni doğulmuş körpəni yedi

Varan yeni doğulmuş körpəni yedi

15 may 2025 , 12:48
Məşhur aktyor müharibədə həlak oldu

Məşhur aktyor müharibədə həlak oldu

15 may 2025 , 10:28
Macarıstan Ukrayna PUA-sını vurdu

Macarıstan Ukrayna PUA-sını vurdu

15 may 2025 , 01:33
Heyvanxanada 13 nəfəri ildırım vurdu

Heyvanxanada 13 nəfəri ildırım vurdu

14 may 2025 , 22:22