Onu vəzifəyə gətirən prezidentə xəyanət etdi - Böyük Manipulyator
24 aprel 2025 16:49 (UTC +04:00)

Onu vəzifəyə gətirən prezidentə xəyanət etdi - Böyük Manipulyator

Əvvəlki yazı

Böyük Manipulyator

28-ci hissə

Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...

Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.

Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.

Necə deyərlər, əlyazmalar yanmır...

Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:

VİTSE-PREZİDENT

O, hələ ki fransızların gözündə naməlum bir şəxsdir. 2012-ci ilin may ayında Emmanuel Makron prezident Fransua Hollandın əməkdaşı olur – Yelisey sarayında iqtisadiyyat üzrə baş katibin müavini vəzifəsinə keçir. Rotşild bankının keçmiş əməkdaşı (Makron) özünü o dəqiqə gözə soxmaq istəyir. Bu lap yerinə düşür, çünki hər həftəsonu Fransua Holland ictimai rəydə imicini saxlamaq üçün anketçiləri və digər sorğuçuları qəbul edir. Hollandın prezidentliyinin ilk illərində Emmanuel Makron ancaq prezidentin yaxın çevrəsinin xəbəri olan bu görüşlərdə həvəslə iştirak etsə də, bir müddətdən sonra daha bu iclaslara ayaq basmır. Niyə? Ona görə ki, bu ambisiyalı cavan oğlan (Makron) iddialı və bic həyat yoldaşının məsləhəti ilə özünün imici ilə məşğul olmağa başlayır. 2013-cü ilin payızından etibarən o da öz növbəsində anketçiləri, əhali arasında sorğu aparanları, həmçinin ölkənin biznes liderlərini Yelisey sarayına dəvət edib özünün və həyat yoldaşı Brijitin siyasi gələcəyi haqqında onlarla danışıqlar aparır. Hər bazar axşamı bu cütlüyün (Emmanuel və Brijit Makron) təşəbbüsü ilə Yelisey sarayının şərq qanadındakı zallardan birində gizli görüşlər təşkil edilir. “Ünsiyyət baxımından mən nə etməliyəm ki, bir neçə ildən sonra məni tanısınlar?”, – deyə o iştirakçılardan birinə sual verir. Təbii ki, rəsmi olaraq prezident Hollandın ətrafı dəvət olunan anketçilərdən, əhali arasında sorğu keçirənlərdən xahiş edirlər ki, fransız cəmiyyətinin, eləcə də əhalinin əhval-ruhiyyəsi barəsində analizlərini onlara təqdim etsinlər ki, prezident reallıqdan nəticə çıxarıb beş illik mandatına yeni bir nəfəs versin...

SARKOZİST LUVRİERDƏN KİÇİK MƏSLƏHƏT

“Necə eləyim ki, özümü xalqa tanıtdırım?”. Əsas sual budur! Onun populyarlığı, mediatik strategiyası və mətbuatla əlaqəsi, eləcə də böyük patronlarla münasibətləri stolun üstündə hazırdır. Arvadı Brijit də, demək olar ki, səhərdən axşama kimi onun yanındadır. Fransız dili müəlliməsi (Brijit) təbii ki, ərinin kabinetinə yaraşıq vermək üçün gəlmir. O, hadisələrə fikrini bildirir, iclaslara rəhbərlik edir və kimin nə vaxt və kimdən sonra çıxış edəcəyini planlaşdırır. Bu iclaslara dəvət olunan qonaqlar çox tez dərk edirlər ki, Fransız dili müəlliməsinin varlığı, həqiqətən, vacibdir və Emmanuel üçün çox böyük əhəmiyyət kəsb edir. Bununla belə, Yelisey sarayına prezident Holland üçün işləməyə dəvət olunan bu cavan oğlanın real ambisiyaları haqqında hələ ki, heç kim heç nə bilmir. Onun özü də hələlik planlarını heç kimə açıqlamır. Düzdür, hərdənbir Fransua Hollandın bu gənc əməkdaşı bəzən öz ambisiyalarını gizlədə bilmir. Yelisey sarayını tərk etməmişdən bir necə gün əvvəl kabinetindəki iş yoldaşlarına yarı-zarafat, yarı-ciddi deyir ki: “Gələn dəfə mən bura qayıdanda, böyük qapıdan içəri girəcəm”. O, yəqin, 2017-ci il haqqında düşünür... kim bilir, bəlkə, elə 2022-ci il haqqında da... Emmanuel Makron səbirsizdir. Elə o vaxtdan həm solçuları tumarlayır, həm də sağçıları. Çünki o, bazar günləri təşkil etdiyi görüşlərə həm sağçı partiyasından olanları, həm də solçu partiyadan olan prezidentin (Holland) yaxın adamlarını – məsələn, dövlət başçısının mətbuat xidmətində çalışan Filip Qranqon, Robert Zarader, sorğu aparan Bris Tantüriye, eləcə də Havas şirkətinin əməkdaşları İsmael Emelien və Jil Finşelşteyn kimi adamları dəvət edir... Prezident Hollandın iqtisadiyyat üzrə məsləhətçisi Emmanuel Makronda heç bir kompleks yoxdur. Və bir gün onun abırsızlığı o dərəcəyə çatır ki, 2007-ci ildən 2012-ciilə qədər Nikola Sarkozinin Yelisey sarayında sadiq mətbuat məsləhətçisi olmuş Frank Luvrieri də bazar axşamları təşkil etdiyi iclasların birinə dəvət edir. Makron Hollanddan əvvəlki dövrdə prezident aparatında işləməkdən imtina etsə də, indi Sarkozinin çevrəsindəkiləri özünə tərəf çəkməkdən çəkinmir... Holland prezident seçiləndən sonra Yelisey sa[1]rayını tərk edən Luvrier, indi Sarkozinin yaxın dostu Moris Levinin rəhbərlik etdiyi Pulicis şirkətində çalışır. Bazar axşamlarındakı iclasların iştirakçıları qarşısında Luvrier ilə Makron yaxın olduqlarını gizlətmirlər. Onlar bir birinə “sən” deyə müraciət edir, görüşəndə qucaqlaşıb öpüşürlər. Ona görə də tamamilə təbiidir ki, 2016-cı ilin əvvəlində İqtisadiyyat naziri Makron özünün gələcək prezidentlik kampaniyası üçün kommunikasiya direktoru axtaranda, Moris Leviyə zəng vurub xahiş edir ki, Frank Luvrieri onun ixtiyarına versin. Çünki prezidentliyə can atan gənc nazir yaxşı bilir ki, Luvrierin siyasi jurnalistlər arasında çox yaxşı əlaqələri var. Düzdür, o vaxt nazirin bu istəyi baş tutmasa da, 2019-cu ilin yanvar ayında Emmanuel Makron Sarkozist Luvrierdən bir daha xahiş edir ki, Yelisey sarayına qayıdıb onun çevrəsinə qatılsın. Makron 2013-cü ildən başlayaraq Parisdəki əsas lobbi agentliklərindən biri olan Tilder agentliyinin rəhbəri Matias Leridonun köməyi ilə Fransanın məşhur şirkətlərinin böyük patronlarını mütəmadi olaraq şam yeməyinə dəvət edir. Matias Leridon həm də Medef (Fransadakı bütün şirkətlərin həmkarlar birliyi. Missiyası şirkətlərin marağını qorumaqdır) təşkilatının prezidenti Pier Qattazın kommunikasiya üzrə müşaviridir. Bazar axşamlarında təşkil etdiyi bu görüşlərdə Makron iclas iştirakçılarının qarşısında prezident Fransua Hollandı tənqid etməkdən çəkinmir və iddia edir ki, ölkədə əldə edilən bir çox iqtisadi uğurların müəllifi şəxsən onun özüdür. (Fransua Hollandın beş illik prezidentlik dövrünün ilk illərindən Emmanuel Makron əlinə fürsət düşənkimi, yaxın çevrəsi daxilində respublika prezidentini tənqid edir. 2014- cü ilin may ayının sonunda – istefa verməsindən doqquz gün əvvəl – Kopenhagendəki Bilderberq qrupunun yığıncağında, Makron söz alıb hamının qarşısında Fransua Hollandın yüyürtdüyü siyasət haqqında ağzına gələni danışır. JDD qəzeti, 3 dekabr 2017-ci il.) Bu kiçik “teatrda” tamaşa həmişə iki hissədən ibarət olur: Hollandın uğursuzluqları və Makronun uğurları.

Ardı var...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 632

Oxşar yazılar