Bu tədqiqat görmə qabiliyyətinin  bərpasında baza rolunu oynaya bilər
25 aprel 2025 05:49 (UTC +04:00)

Bu tədqiqat görmə qabiliyyətinin bərpasında baza rolunu oynaya bilər

Görmə sistemimizin mürəkkəbliyi və beynin dinamik vizual dünyanı necə emal etdiyi ilə bağlı anlayışımızı genişləndirən yeni bir tədqiqat film izləmə təcrübəsinin neyron səviyyəsində necə “simfoniya”ya çevrildiyini göstərir. Ludvig-Maximilians-Universitet (LMU) München universitetindən nevroloqların “Neuron” jurnalında dərc olunmuş araşdırması vizual məlumatların emalında sinxron neyron fəaliyyətinin rolunu ortaya qoyur.

Lent.az “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqatda LMU-nun Sistemli Neyroelmlər Məktəbinin tələbəsi Lukas Meyerolbersleben və biologiya fakültəsindən professorlar Laura Busse və Anton Sirota bir araya gələrək təbii video axınının beyində necə emal olunduğunu analiz ediblər. Alimlər Allen İnstitutunun (ABŞ) geniş açıq mənbəli neyroloji verilənlər bazasından və böyükhəcmli məlumat analizindən istifadə edərək vizual stimulların – məsələn, parlaqlıq və kontrast kimi xüsusiyyətlərin – gözün görmə sahəsindəki lokal nöqtələrə uyğun şəkildə fərqli neyron dövrlərində spesifik salınım (rəqs) fəaliyyətləri yaratdığını aşkarlayıblar.

Professor L.Busse nin sözlərinə görə, artıq 1960-cı illərdən – Hubel və Vizelin Nobel mükafatlı işlərindən bəri məlumdur ki, görmə qabığının xüsusi modullarındakı neyronlar vizual stimulların izolyasiya olunmuş xüsusiyyətlərinə cavab verir. Bununla belə, beynin təbii video axınını necə vahid bir qavrayışa çevirdiyi hələ də tam anlaşılmayıb.

Yeni araşdırmanın nəticələri göstərir ki, minlərlə neyronun bir-biri ilə koordinasiyalı şəkildə “oynadığı” bu neyron salınım simfoniyası, beyində kompleks vizual qavrayışın yaranmasına səbəb olan talamo-kortikal dövrələrin tezlik, yer və təbəqə baxımından sinxron fəaliyyətinə əsaslanır. Bu simfoniya beyinə yalnız məlumat emal etməyə deyil, həm də əlaqəli və tutarlı vizual dünya yaratmağa imkan verir. Professor Anton Sirota qeyd edir ki, bu tədqiqat təbii görməni başa düşmək yolunda irəliyə doğru böyük bir addımdır. Professor L.Busse isə əlavə edir ki, bu nəticələr gələcəkdə birbaşa beyindən vizual axının oxunması və ya görmə qabiliyyətinin neyroprotezlərlə bərpası kimi beyin-kompüter interfeyslərinin inkişafı üçün əsas baza rolunu oynaya bilər. Bu iş vizual emalın neyron səviyyəsində orkestrləşdirilməsini daha dərindən anlamaqla sinir elmlərində yeni tədqiqat istiqamətlərinə yol açır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1138

Oxşar yazılar

Tramp on birinci dəfə baba oldu

Tramp on birinci dəfə baba oldu

16 may 2025 , 02:53
8 il əvvəl  itkin düşən qızın meyiti başqa ölkədə  TAPILDI

8 il əvvəl itkin düşən qızın meyiti başqa ölkədə TAPILDI

15 may 2025 , 17:28
İnternetdə daxili orqanlarını  satmaq istəyirdi, saxlanıldı

İnternetdə daxili orqanlarını satmaq istəyirdi, saxlanıldı

15 may 2025 , 14:54
Tiktoker canlı yayımda GÜLLƏLƏNDİ

Tiktoker canlı yayımda GÜLLƏLƏNDİ

15 may 2025 , 14:40
Varan yeni doğulmuş körpəni yedi

Varan yeni doğulmuş körpəni yedi

15 may 2025 , 12:48
Məşhur aktyor müharibədə həlak oldu

Məşhur aktyor müharibədə həlak oldu

15 may 2025 , 10:28
Macarıstan Ukrayna PUA-sını vurdu

Macarıstan Ukrayna PUA-sını vurdu

15 may 2025 , 01:33
Heyvanxanada 13 nəfəri ildırım vurdu

Heyvanxanada 13 nəfəri ildırım vurdu

14 may 2025 , 22:22