Bakıda ŞOK OĞURLUQ:  qəbirləri qazıb qızıl dişləri oğurladı
24 aprel 2025 15:25 (UTC +04:00)

Bakıda ŞOK OĞURLUQ: qəbirləri qazıb qızıl dişləri oğurladı

Azərbaycanda dəhşətli oğurluq faktı qeydə alınıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində yerləşən qəbiristanlıqların birində qəbirləri talayan 39 yaşlı Elvin Abbasov saxlanılıb.

Qəbiristanlıqda çalışan E.Abbasov qəbirləri qazaraq qızıl dişləri oğurlamaqda şübhəli bilinir.

O, daha sonra oğurladığı qızıl dişləri paytaxtda yerləşən mağazalardan birinə sataraq maddi qazanc əldə edib.  

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1488

Oxşar yazılar