
Yoxa çıxan hava limanı, yerlə yeksan olan evlər... - FOTOLENT

Yoxa çıxan hava limanı, toza dönmüş evlər, oyuncaq kimi tərs dönmüş gəmilər, avtomobillər.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, dünya, Baham adalarında çəkilən şəkillərdən şoka düşüb.
İnci hesab edilən Baham adalarını yerlə bir edən Dorian qasırğası ABŞ-ın Florida ştatında geridə buraxdığı dağıntı havadan çəkilib.
Atlantik Okeanında baş verən ən güclü ikinci qasırğadan sonra Abaco adalarının məruz qaldığı ziyanın ölçüsü, nəhəng sunami dalğalarının vurduğu şəhərlərə bənzəyir.
Reuters xəbər agentliyi, binaların toz halına gəldiyini və nəhəng gəmilərin oyuncaq kimi tərsinə çevrildiyini bildirir.
Bəzi yerlərdə haradasa evlərin hamısı yox olmuş vəziyyətdə, tək-tük binalar gözə çarpır.
Sel sularının sürüklədiyi nəhəng konteynerlər küçə ortalarına qədər çatıb, bəzi yerlərdə dağıntılarla örtülüb.
Kilometrlərlə sahə xaraba halında, çevrilmiş katerlər və maşınlar hər yerdədir.
Beynəlxalq Qızıl Xaç Təşkilatının xəbərinə görə, təxminən 300 kilometr sürətlə Baham adalarından keçən Dorian 13 min evi dağıdıb və ya zərər verib.
Şokedici kadrların çəkildiyi yerlərdən biri isə, Abaca adalarındakı Marş Hava Limanıdır.
Hava limanının ətrafındakı meşə bölgəsi də tamamilə qasırğanın gətirdiyi su ilə örtülüb.

Oxşar yazılar

Bu ölkədə 76 günə virusdan ölüm sayı 100 mini keçdi
27 yanvar 2021 , 09:45
Koronavirusun daha təhlükəli nəticələri MƏLUM OLDU
27 yanvar 2021 , 08:10Həftəsonu Yer kürəsi yaxınlığından böyük asteroid keçəcək
27 yanvar 2021 , 04:18
Etirazçılar Paşinyanın diplomatik pasportunu oğurlayıblar
27 yanvar 2021 , 02:12
Dünyada koronavirusa yoluxanların sayı 100 milyonu keçdi
27 yanvar 2021 , 00:10
Onlar kimləri və niyə "buynuzlayırlar"?
26 yanvar 2021 , 16:41
Son 100 ilin ən sərt böhranı - BMT AÇIQLADI
26 yanvar 2021 , 11:31
Rusiyada 140 illik BİNA ÇÖKDÜ - FOTO
26 yanvar 2021 , 11:04