401
19:13
03 Sentyabr 2019

“Qadına şiddəti kişi yox, ona nifrət edən başqa qadın edir” - PSİXOLOQ

Qadınlara qarşı olan şiddətin qaynağı yanlış yerdə axtarılır.

Lent.az xəbər verir ki, bu fikri psixoloq Taryel Faziloğlu sosial şəbəkədə paylaşıb.

Azərbaycanda son zamanlar qadına göstərilən şiddətlə bağlı paylaşımların artdığını və yenə bu mövzunu aktuallaşdırmağa çalışıldığını xatırladan psixoloq maraqlı açıqlama yayıb: “Azərbaycanda son zamanlar qadına qarşı şiddətlə bağlı paylaşımlar artıb və bu problemi aktuallaşdırmağa çalışırlar. Buna bir sözüm yoxdur. Amma problemin qaynağını yanlış yerdə axtarırlar. Heç bir kişi özbaşına qadına şiddət göstərmir. Qadına şiddət göstərilməsində mütləq başqa qadının marağı olur. Həmin qadınlar kişiyə təsir göstərməklə şiddətə səbəb olur. Kişilər nə qədər qəbul etməsələr də, hər bir kişini hansısa qadın idarə edir. Bu onun anası, yoldaşı, hətta sevgilisi də ola bilər. Təsir gücü olan qadın o biri qadına şiddət göstərilməsinə səbəb yaradır və hətta qızışdırır”.

Psixoloq qeyd edib ki, qadına şiddətin ortadan qalxmasını istəyirsinizsə, problemin qaynağını doğru yerdə axtarın: “Qadına şiddəti kişi etmir, ona nifrət edən başqa qadın edir. Kişilərsə, sadəcə icraçıdır.

Qısası, əgər qadına şiddəti ortadan qaldırmaq istəyirsinizsə, qadınların bir-birinə nifrətini ortadan qaldırın. Kişiləri söyməklə problem həll olmayacaq”.