405
09:25
02 Sentyabr 2019

Flora Kərimova onunla barışdı

Xalq artisti Flora Kərimova ilə prodüser Tolik ( Tarix Əliyev) barışıb. Lent.az -ın məlumatına görə, bu barədə Tolik sosial şəbəkədə yazıb: "Bilirsiniz ki, mən İlhamə Quliyevanın həyatda dostu olmuşam. Amma kimlərsə deyirdi ki, ay İlhamə mənə hər sözün deyirdi, nə bilim nə... Bilin ki, yalandı. Amma Flora xanımın sənətinə hər zaman hörmətim olub, danışmasaqda mən ona sayqı ilə yanaşmışam və 3 gün öncə Flora xanımla 1 saata yaxın telefonla danışıb, barışdıq. Çünki ən böyük silah düzgün olmaqdı”.